Bakıda polis rəisi həbs edilib. Criminal.az saytının məlumatına görə, həmin şəxs Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunda rəisi, polis pokovniki Fərhad Məmmədxanlıdır.
Məlumata görə, F.Məmmədxanlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib.
F.Məmmədxanlı işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan ''Vertu'' markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsəində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət ii başlanıb.
Bundan əlavə bildirilir ki, F.Məmmədxanlı ondan pulunu istəyən şəxsləri şərləyərək tutuduracağı ilə hədələyirmiş.
Məsələ ilə bağlı mətbuata heç bir açıqlama verilmir. Ailə üzvləri də məlumatın yayımasını istəmirlər. Bu səbəbdən F.Məmmədxanlının oğlu Turala müraciət etsək də sualımız cavabsız qaldı.
Criminal.az məsələni araşdırır, ətraflı məlumat veriləcək.