''Vor zakon'un qardaşının qətlinin əsl səbəbi açıldı - Əsas məqsəd ''Piter Elçin''i aradan götürmək imiş...

25-12-2017, 19:22   

2016-cı ilin yayında Azərbaycanlı kriminal avtoritet “Elçin Piterin” öldürülməsi sifariş edilsə də, o şəhərdə olmadığı üçün sifarişçilər əvvəlcə onun qardaşını öldürmək qərarına gəldilər. Yarım ildən sonra isə onun ikinci qardaşı öldürüldü.

Xəbər verdiyimiz kimi, 2016-cı ilin 20 iyununda Sofiyskaya meyvə-tərəvəz bazasında Azərbaycandan olan Maarif İsmayılovun qətli ilə bağlı cinayət işinin iştirakçısı Emil Hüseynov 12 il ciddi rejimli cəza aldı. Cinayət əməlində Hüseynov ilə birgə iştirak edən Əfqan Əliyev və Vüsal Əsgərova qarşı cinayət işinə Sankt-Peterburq şəhər məhkəməsində baxılır.



Bu sifarişçilər Elçin Piter kimi tanınan kriminal avtoritet Elçin İsmayılovun aradan götürülməsi işinə həmyerliləri Emil Hüseynovu cəlb edir ki, o da 10 milyon rubl əvəzində onu öldürməyə razılaşır. Lakin 2016-cı ilin iyun ayında Elçin İsmayılovun Sankt-Peterburqdan çıxıb getməsi ilə əlaqədar olaraq, iş ortaqları onun qardaşı Maarif İsmayılovu qətlə yetirmək və bu yolla onu dəfn mərasimində iştitak etmək üçün Sankt-Peterburqa qayıtmağa məcbur etmək və beləliklə, əvvəlcədən planlaşdırdıqları qətli həyata keçirmək üçün zəmin yaratmaq qərarına gəliblər.


Peterburq məhkəmələrinin vahid mətbuat xidmətindən bildirilib ki, 2016-cı ilin 20 iyununda Rusiyanın Sankt-Peterburq şəhərinin Sofiyskaya meyvə-tərəvəz bazasında Emil Hüseynov hamının gözü qarşısında Maarif İsmayılovun kürəyindən 6 güllə vurdu və qaçıb gizlənmək istəsə də, şahidlər onu tutub döyməyə başladılar. Əgər həmin an hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə vaxtında yetişməsəydi, Azərbaycan və Tacikistandan olan şahidlər onu daş-qalaq edib öldürə bilərdilər.



Qeyd edək ki, Emil Hüseynov 2000-ci ildə MVD universitetini bitirib, bundan sonra Kirovski rayonunda sahə müvəkkili işləyib, 2012-ci ildə isə o, Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinə keçib. Hüseynov tutulandan bir müddət sonra Əliyev və Əsgərov da saxlanılıb. Ondan bir müddət sonra isə Elçinin 2-ci qardaşı Masallıda qətlə yetirildi. Elçin İsmaylovun qardaşını qətlə yetirməkdə ittiham edilən şəxs Lənkəran rayon sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə saxlanılıb.





O, səsboğucu ilə təchiz olunmuş, İsrail istehsalı olan "UZİ" markalı avtomat tapança ilə İsmayılovu rəsmən dəlik-deşik edib. Sputnik Azərbaycanın verdiyi məlumata görə, hər şey dörd il əvvəl, Elçin İsmayılovun Rusiyada Məzahim Daşdəmir oğlu Quluzadənin oğlunun qətlini sifariş etməsindən başlayıb. Mərhum, ötən gün Fariz İsmayılovu qətlə yetirən Muraq Quluzadənin əmisi oğlu olub. İsmayılovlarla Quluzadələr arasındakı münaqişə tərəvəz bazaları sahəsinə nəzarət və pul gəlirlərinin bölüşdürülməsi üstündə başlayıb. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.criminalaz.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.