Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubova ağır itki üz verib.
“Ucnoqta.az” xəbər verir ki, Bəylər Eyyubovun qardaşı qızı Təranə Eyyubova dünən Türkiyənin paytaxtı Ankarada əməliyyat zamanı vəfat edib. Mərhumun cənazəsi artıq Bakıya gətirilib.
Qeyd edək ki, vəfat edən Təranə Eyyubova Bəylər Eyyubovun qardaşı Eyyub Eyyubovun qızıdır.