Kriminal aləm yeni hesablaşma ərəfəsində - təfərrüat

5-01-2018, 15:39   
Kriminal aləm yeni hesablaşma ərəfəsində - təfərrüat

Hazırda İstanbulda məskunlaşan Lotu Quli ləqəbli Nadir Səlifov qardaşı Namiq Səlifovu( o da “qanuni oğru” dur) Moskvaya göndərib. Rosbalt.ru yazır ki, Quli Rövşən Lənkəranskinin qətlindən sonra Moskvadakı iri topdansatış mərkəzlərini xeyli güclənmiş klanına tabe etdirə bilib. Amma Moskvada əsas topdansatış mərkəzlərdən olan Kalujsk şossesində yerləşən ən böyük meyvə-tərəvəz bazası olan “Fud Siti”yə əl qoymaq mümkün olmayıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranskinin qohumu Zaur və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs Qulinin təklifini geri çeviriblər.

Məhərrəm əvvəllər Pokrovski bazarının sahibi olub, bazar bağlandıqdan sonra isə bir müddət “kölgəyə” çəkilib. Onun Şakro Molodoy kimi tanınan “kriminal general” Zaxari Kalaşovla münasibətlərinin pis olduğu deyilir. Məhərrəm məhz Moskvaya Şakronun həbsindən sonra qayıdıb və Zaurla birləşib. Onlar burada özlərinin ştabını qurublar və azərbaycanlıların müxtəlif problemlərini buradan həll edirlər.

Sayt yazır ki, Quli azərbaycanlı kriminallarının lideri kimi yalnız özünü görür və bu səbəbdən də Zaur və Məhərrəmlə məsələni həll etmək istəyir. Qulinin məqsədi özünü “1 nömrəli qanuni oğru" kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.

Qulinin özünün niyə Moskvaya getmədiyinə diqqət çəkən “Rosbalt” bunu bir müddət əvvəl Quliyə qarşı elan olunmuş ittihamla əlaqələndirib. Məlumdur ki, Quli 2015-ci ilin dekabrında Kamal Quliyev adlı iş adamının oğurlanmasını təşkil etməkdə günahlandırılır. Bəzi iddialara görə isə bu ittiham qondarmadır və bu, onun Rusiyada görünməmiş aktivliyi ilə bağlıdır.

Rusiya KİV-i iddia edir ki, “Fud Siti”dəki ofislərində məskunlaşan Zaur və Məhərrəm son günlər çoxsaylı mühafizəçilərlə gəzirlər. Onların mühafizəsinə ondan çox şəxs cəlb edilib. Hər iki şəxs sui-qəsd ehtimalına görə ictimai yerlərdə görünmürlər, təmaslarını isə azaldıblar. “Əməliyyatçılar bu iki qarşı-qarşıya duran tərəflər arasında çoxsaylı insan ölümü ilə nəticələnən savaş başlayacağını gözləyirlər” deyə, məlumatda bildirilir.

Məlumata görə, Quli MDB məkanında “bir nömrəli qanuni oğru” adını təkcə azərbaycanlılar arasında təsdiq etmək istəmir. O, bütün Rusiya ərazisində bunu sübuta yetirmək niyyətindədir. Heç kimə sirr deyil ki, bu adı bir qədər əvvələdək Şakro Molodoy daşıyırdı. Amma o, indi həbsdədir. Və məhkəmənin onu uzun müddətə cəzalandıracağı da sirr deyil.

Bir qədər əvvəl isə o, Vasili Xristoforovu (Vasya Voskres) öz varisi elan edərək, hamını onun ətrafında birləşməyə çağırmışdı. Əksər slavyan mənşəli oğrular da “Voskres”in liderliyini qəbul etmişdilər. İndi Vasili Xristoforovu da Lotu Quliylə amansız döyüş gözləyir.

Rusiya kriminalında lider olmağa can atanlardan biri də Merab Canqveladzedir(Merab Suxumski). 2016-cı ilin payızında İtaliya həbsxanasından azadlığa buraxılmış Suxumski Şakronun həbsinədək xüsusi fəallıq göstərməyib. Hazırda Antalyada məskunlaşan Suxumskinin də ətrafında qüvvələr topladığı və “Şakro”nun boş qalmış yerinə iddia etdiyi bildirilir.

Daha bir iddiaçının adı da kriminal alımdə “generallar” sırasındadır. Bu, Laşa Şuşanaşvilidir(Laşa Rustavski). Hazırda Yunanıstanda olan “qanuni oğru” Rusiya kriminalının lideri olmaq iddiasını ortaya qoymağa tələsmir.

Daha bir iddiaçı Eduard Asatryandır. O, milliyyətcə ermənidir və 1968-ci ildə Tiflisdə anadan olub. 1981-ci ildə Gürcüstanda doğulan Miron Ded Xasanın qohumudur. 2004-cü ildən kriminal aləmdə möhkəmlənib. Kriminal generalların bəziləri onu heç “vor zakon” kimi qəbul etmir. Daha bir iddiaçı Tyurik ləqəbli Vladimir Tyurindir. 1958-ci il, noyabrın 25-də Başqırdıstan Muxtar Respublikasının Tirlyanski qəsəbəsində anadan olub. Orta məktəbi qızıl medalla qurtaran Tyurin əvvəl peşəkar musiqi təhsili alıb, sonralar isə Sankt-Peterburq Politexnik Universitetini bitirib. Həbsxanaya yolu 1974-cü ildə qarət ittihamı ilə başlayıb. Bir neçə il İrkutsk həbsxanalarında cəza çəkib.

Tyurin indi daha çox alüminium, ağac məmulatları istehsalı, neft-kimya sənayesi, enerji və bank sektorunda fəaldır. Onun Moskva ilə yanaşı Avropanın bir sıra ölkələrində daşınmaz əmlakı var.

“Rosbalt” yazır ki, Piçuqanın həbsindən sonar onun “1 nömrəli” olmaq iddiasına düşməz. İkincisi, Ukrayna onu vaxtilə vətəndaş nikahında olduğu opera ifaçısı Mariya Maksakovanın ərinin Kiyevdə öldürülməsində ittiham edir.

ORXAN,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.