"Malış Ramin" dəstəsi ilə ələ keçdi - VİDEO

11-01-2018, 09:16   


Abşeron rayonu Masazır qəsəbə sakini Məhəmməd Məmmədov yanvarın 6-da polisə müraciət edərək yaşadığı evdən təxminən 10 min manat dəyərində qızıl oğurlandığını bildirib. ARB TV xəbər verir ki, Rayon Polis İdarəsi və DİN-Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, cinayət aləmində "Malış" ləqəbi ilə tanınan, 29 yaşlı Ramin Həmidov və 33 yaşlı Həsən Əliyev saxlanılaraq istintaqa təqdim olunub.
Həsən Əliyev (saxlanılan şəxs): "Ramini qardaşı vasitəsilə tanıyırdım. Onun qardaşı ilə dost idik. Planlaşdırdıq evlərə girdik. 4 evə girdik, üçündən heç nə çıxmadı, birindən qızıl çıxdı. Qızılları saxladım ki, satıb pulu bölək. Sata bilməyib yaxalandım".
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.