Ermənistan parlamentinin deputatları, hakim Respublikaçılar Partiyası fraksiyasının üzvü, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Koryun Naapetyan və “İrs” Partiyası fraksiyasının katibi Tevan Poqosyan iyunun 15-də Bakıya gələcəklər.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni deputatların Azərbaycan paytaxtına gəlməkdə məqsədləri iyunun 16-18-də NATO-nun “Rose-Roth” seminarında iştirak etməkdir.
Qeyd edək ki, Azərbaycan tərəfi erməni deputatların təhlükəsizliyinə təminat verib.