Bir neçə gün əvvəl Moskvada iki ən böyük - Azərbaycan (Lotu Qulinin başçılığı ilə) və çeçen (Əziz Batukayevın başçılığı ilə) kriminal qruplaşması arasında toqquşma olub .
Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, çeçen qruplaşması əvvəllər Rövşən Lənkəranski kriminal ailəsinin nəzarət etdiyi bazarları tutmağa cəhd göstərib.
Çeçen kriminal qruplaşması əsasən Azərbaycandan olan ticarətçilərin işlədikləri bazarlara silahlı reydlər təşkil edərək, onların boynuna yeni “haqq” qoymaq istəyib.
Ancaq Rusiya paytaxtında təsir sahələrinin yenidən bölünməsi cəhdi Azərbaycan qruplaşmasının lideri Lotu Quli tərəfindən kəskin müqavimətlə qarşılanıb və o buna yol verməmək üçün zəruri hazırlıqlar görüb...
Rusiya KİV-i bildirir ki, Lotu Quli ilə Əziz Batukayev arasında gərgin telefon söhbəti olub, ondan sonra Moskva azərbaycanlıları və çeçenləri arasında ilk toqquşma yaşanıb. Hüquq-mühafizə orqanları 15 nəfəri saxlayıb.
Çeçen qruplaşması ilə toqquşmada Rusiya kriminal aləminin çox hissəsi Lotu Qulini dəstəkləyib. Bəzi Rusiya nəşrləri bunu onunla izah edirlər ki, Əziz Batukayev rəsmi Qroznının müəyyən dairələri tərəfindən dəstəklənən, sistemli kriminaldan uzaq adamdır.
Məlumatlara görə, Lotu Qulinin qruplaşması çeçen dəstələrini Azərbaycan bazarlarından çıxarmağa nail olub.