Səddam Hüseynin qızı vəhhabilərin qələbəsinə sevinir

14-06-2014, 19:10   
Səddam Hüseynin qızı vəhhabilərin qələbəsinə sevinir
İraqın devrilmiş lideri Səddam Hüseynin qızı Raghad Hüseyn "İraq və Şam İslam Dövləti"nin (İŞİD) son hücumlarından məmnun olduğunu bildirib.
R.Hüseyn atasının 2006-cı ildə edam edilməsindən sonra sürgündə yaşadığı İordaniyada "əl-Qüds" qəzetinə danışıb.
O deyib ki, İŞİD-in Səddam Hüseynin doğma şəhəri olan Tikriti ələ keçirməsinə görə çox sevinir: "Bu qələbələri gördüyümə çox şadam. Bu atam və əmim Izzət əl-Durinin döyüşçülərinin qələbəsidir. İndi rahatam. Bir gün İraqa qayıdıb atamın qəbrini ziyarət edəcəyəm. Bəlkə bu, tezliklə olmayacaq, ancaq olacaq".
İraqın baş naziri Nuri əl-Maliki 2006-cı ildə vəzifəyə gəldiyində ilk işi olaraq Raghad Hüseynin və İzzət əl-Durinin axtarışda olduğunu bildirmişdi. İ.əl-Durin siyahıda birinci, Raghad isə 16-cı sırada yer alır.
İordaniya kral ailəsi Səddamın devrilməsindən sonra onun ailə üzvlərinə İordaniyada sığınacaq verib.
İraqda Mosul və Tikrit şəhərlərini ələ keçirən "İraq və Şam İslam Dövləti" adlı sələfi (vəhhabi) terror təşkilatı paytaxt Bağdad şəhərinə doğru irəliləyir ("Azadlıq" radiosu).

Bu arada İraqın baş naziri Nuri əl-Maliki isə son bir neçə gündür bütün dünyaya səs salan İŞİD terror təşkilatına meydan oxuyub.

Baş nazir Samirə şəhərində ordunu təftiş edib və yüksək çinli ordu zabitlərinin də iştirakı ilə mətbuat konfransı keçirib.

Baş nazir deyib ki, İraq ordusunun dağıldığı haqdakı iddialar əsassızdır. Hökumət İŞİD və "əl-Qaidə" ilə sona qədər mübarizə aparacaq.

“İŞİD və "əl-Qaidə" İraq torpaqlarından silinənə qədər mücadilə davam edəcək. Bu, nə qədər sürəcək, bilmirəm. Amma köklərini kəsəcəyik. Bunu etmədən rahat ola bilmərik” - deyə əl-Maliki bəyan edib.

N.əl-Maliki bölgənin bəzi ölkələrinin və İraqdakı qrupların İŞİD-in qalib gəldiyini düşünməklə səhvə yol verdiklərini deyib. O, İraq ordusunun qətiyyən məğlub olmayacağını bəyan edib: “Ordu İŞİD-ə qarşı savaşmağa inanan qüvvələrlə birlikdə yenidən formalaşdırılacaq”.

Baş nazir mövqeyini tərk etmiş əsgərlərin geri dönüb savaşmayacaqları təqdirdə edam cəzasına məhkum olunacaqlarını da bildirib: "Heç zaman İŞİD-in iddia etdiyi və istədiyi kimi məzhəbçi olmayıblar. Artıq siə-sünni kimi söhbətləri buraxın, iraqlılardan bəhs edin”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.