Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olan qadın hərbçilərin andiçmə mərasimi keçirilib.
Şəmkirdəki N saylı hərbi hissədə bir qrup hərbçi qadın vətənə sədaqət andı içib. Mərasimdə çıxış edənlər qadınları təbrik edərək onlara xidmətdə uğurlar arzulayıblar, qadınların vətənə və orduya bağlılığından söz açıblar.
Valideynlər övladlarının etibarlı əllərdə olmasına əmin olduqlarını və işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əmin olduqlarını dilə gətiriblər.
Tədbirdə qadınların silaha sarılaraq and içməsi ictimaiyyətdə duyğulu anlar yaşadıb. Onlar əldə silah ali baş komandanın döyüş əmrinə hazır olduqlarını bir daha nümayiş etdiriblər.
Rəsmi hissədə qadın hərbi qulluqçulara fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
Rəsmi hissə hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə başa çatıb.