Terrorçular Türkiyə ərazisini raketlə vurdu - 9 yaralı

24-01-2018, 20:27   
Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə raket atılıb.
Terrorçular Türkiyə ərazisini raketlə vurdu - 9 yaralı
Musavat.com bu barədə Türkiyənin ATV telekanalına istinadən xəbər verir. Məlumata görə, atılan mərmi məscidə düşüb. Nəticədə içəridə namaz qılan adamlar dağıntılar altında qalıblar.

Bu dəqiqələrə olan məlumata görə, hadisə nəticəsində 2-si ağır olmaqla 9 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Raketin PKK/PYD terrorçuları tərəfindən atıldığı bildirilir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.