Göyçay rayonu Heydər Əliyev küçəsi ev 112-in sakini Mayılov Zabit Sabir oğlu rayon polisindən şikayətçidir. PressClub.Az-a danışan sakin Daxili işlər naziri Ramil Usubova üzünü tutub deyir ki, Göyçay polisində təsadüfi adamlar var ki, işinin öhdəsindən laiqincə gələ bilmirlər:
"Hörmətli nazir sizin əməyiniz nəticəsində Azərbaycan polisi nümunəvi olmuş asayişin keşiyində dayanaraq sabitliyi əldə etmişdir. Ancaq çox təssüf olsun ki, polis sıralarında təsadüf adamlarda var ki, onların dələduzluqlarına görə insanlar əziyyət çəkirlər. Bunlardan iki nəfər polis paqonu daşıyan Göyçay rayon Cəyirli kənd sakinləri Ruslan və Aslan Rəhimov qardaşlarıdırlar. Ruslan Rəhimov Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin rəis müavini, Aslan Rəhimov isə Abşeron Rayon Polis Şöbəsində polis serjantı vəzifəsində işləyir. Bu iki qardaş polis əməkdaşları arxada gizlənib anaları Sveta Rəhimovanı irəli verib borc adı ilə bir neçə nəfərdən pul alıb dələduzluq yolu ilə onları aldadıblar”.
Şikayətçi qeyd edir ki, bu polis qardaşlarının aldatdıqları adamlardan biri də onun həyat yoldaşı Abbasova Şəmsiyyə Binnət qızıdır:
"Eşitdilər ki, avtomobilimi satmışam pulum var analarını göndərdilər ki, Aslana toy edirik bizə 9200 manat borc pul ver toydan sonra verərik. Həyat yoldaşım Şəmsiyyə də Allah borcu olaraq onlara 9000 manat pul verdi. Pulu alanda hətda polis zabiti Ruslanın təklifi ilə anaları Sveta Rəhimova həyat yoldaşımdan 9200 manat borc pul alıb yanvarın axırında qaytaracağına dair qəbz kimi kağıza yazıb bizə verdi. Polis serjantı Aslanın toyunda iştirak da etdik. Ancaq onlar toydan sonra bizim pulumuzu vermədilər və bəhanə kimi gətirdilər ki, pulu sizdən anamız alıb onu evdən qovmuşuq gedin pulunu ondan istəyin. Ancaq onlar analarını evdən qovmayıblar sadəcə oyun-oynayıb bəhnə gətirib bizi başdan edirlər. Daşıdıqları poqona ləkə gətirən dələduzlardan polis olmaz. Öz doğma analarını irəli verib insanların etibarından sui-istifadə edib aldadıb pulunu alan polis qardaşlarının əməli dələduzluq cinayətidir”.
Zabit Mayılov Daxili işlər naziri Ramil Usubovdan bu qardaşların cəzalandırılmasını istəyir: "Xahiş edirəm analarını irəli verib etibarımızdan sui-istifadə edib 9200 manat pulumuzu alıb dələduzluq etmiş Qəbələ RPŞ-nin DYPB-nin rəis müavini Ruslan Rəhimovun və onun qardaşı Abşeron RPŞ-nin polis əməkdaşı Aslan Rəhimovun barəsində qanuna müvafiq tədbirlər görülsün. Biz nazirimizin obyektivliyinə inanırıq”.