Dövlət başçısı İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Başqa bir sərəncamla Pərviz Cəfər oğlu İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Sabir Məmməd oğlu Ağabəyovun Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalanıb.
Dövlət başçısının digər sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bundan başqa, Tofiq Əlövsət oğlu Abdullayevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
İbrahim Əsəd oğlu Hacıyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.