Bakıda üç ali məktəbi partlatmaq planı... - Terrorçular cəzalandırıldı

31-01-2018, 10:29   


Terror və digər cinayətlərdə təqsirləndirilən Fərid Sadıqovun barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Fərid Sadıqovun bəraət istəməsi barədə şikayəti təmin edilməyib.

İttihama görə, “Əbdülxaliq” ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatına xas ideyaların Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.

Adları çəkilən şəxslər Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror aktı həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazalarına və lombardlara da hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı zərərsizləşdiriib. Dəstənin digər üzvü Fərid Sadıqov isə sonradan həbs edilib.

Fərid Sadıqov Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birliyin üzvü olma), 214-cü (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.