Baş nazir bəyanat yaydı

14-06-2014, 19:59   
Baş nazir bəyanat yaydı
İraqın Baş naziri Nuri əl-Maliki İraqda baş verən son hadisələrdən sonra ilk dəfə sükutu pozaraq bəyanat verib.

ANS TV-nin məlumatına görə, nazir ölkənin şimalında öz mövqelərini tərk edərək islamçı qruplaşmalara qoşulan İraq əsgərlərini, baş verənlərə görə məsuliyyət daşıyanları və ya bu hadisələrdə rol oynayanları cəzalandırılacaqları ilə bağlı xəbərdarlıq edib.

"Onlar mühakimə olunmaqdan və cəzadan qaça bilməyəcəklər. Hətta öz öhdəliklərini yerinə yetirə bilməyənlər, qaçıb analarının yanında gizlənənlər də qanunla cəzalarını alacaqlarını, onlara qarşı ciddi tədbirlərin görüləcəyini bilməlidirlər. Biz onlara xəbərdarlıq etmişik ki, öz qüvvələrini bütöv saxlasınlar. Öz hərbi qüvvələrinə qoşulmaqdan imtina edənlər fərari hesab ediləcək və onlar hətta ölüm hökmü ilə də üzləşə bilərlər”, - deyə İraqın Baş naziri bildirib.
Qeyd edək ki, "İraq Şam İslam Dövləti”nin silahlıları Mosul, Tikrit, Calaula və Əs-Səudiyyə şəhərlərini ələ keçirdikdən sonra növbəti hədəflərinin Bağdad olduğunu bəyan ediblər.
[media=http://www.youtube.com/watch?v=TccyjmD88UM]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.