Ədirnə valisi azərbaycanlı mafiozların buraxılmasına sərt etiraz etdi

15-06-2014, 13:57   
Ədirnə valisi azərbaycanlı mafiozların buraxılmasına sərt etiraz etdi
Ədirnə valisi Dursun Əli Şahin 4 gün əvvəl şəhərdə kriminal qruplaşmalar arasındakı silahlı qarşıdurmada şübhəli bilinərək saxlanılan 15 nəfərin sərbəst buraxılmasına sərt etiraz edib.

Türkiyə mediasının verdiyi məlumata görə, jurnalistlərin suallarını cavablandıran vali qətlə yetirilmiş polisin qanının yerdə qalmasından narahatlığını bildirib: "Şübhəlilərin bu formada sərbəst buraxılması çox pis haldır. Bununla bağlı aidiyyatı qurumlarla da danışacağam. Ortada bir şəhid var və bu şəhidin qanı yerdə qalmamalıdır. Təsəvvür edirsiniz, şübhəlilər üçün ölkədən kənara çıxmaq qadağası da qoyulmayıb. Məhkəmə niyə belə edib anlamıram. Bu bir mafiya hesablaşması idi, amma olan polisə oldu".

Qeyd edək ki, məlum hadisədən sonra Türkiyədə saxlanılan 15 nəfərdən 7-si azərbaycanlı olub. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyev daha sonra sərbəst buraxılıb. Polis əməkdaşı Hüseyn İmrakı vuran Azərbaycan əsilli şübhəli şəxs isə hələ də tutulmayıb.

Onu da qeyd edək ki, hadisə ilə bağlı tanınmış azərbaycanlı "qanuni oğru"ların da adı hallandırılır. Hadisəninin azərbaycanlı, rus və gürcü mafiya qruplarının hesablaşması nəticəsində baş verdiyi bildirilir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.