Gürcüstan rusları Rövnəq Abdullayevin rəqibinə çevirmək fikrindən daşındı

15-06-2014, 13:59   
Gürcüstan rusları Rövnəq Abdullayevin rəqibinə çevirmək fikrindən daşındı
Gürcüstan hökuməti alternativ qaz təchizatı mənbəyi axtarmaqdan imtina edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Gürcüstanın energetika nazirinin müavini Marika Valişvili “Kommersant” qəzetinə açıqlamasında deyib.

“Biz Azərbaycan qazına alternativ axtarmaq fikrindən daşınmışıq və yaxın vaxtlarda bu prosesin bərpa edilməsi gözlənilmir. Nəzəri olaraq Qazaxıstan qazını almaq imkanı var idi, lakin Rusiya amili ona təsir etdi və belə görünür ki, bu amil hələ uzun müddət qüvvədə olacaq” - deyə nazir müavini əlavə edib.

M.Valişvili onu da deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı olaraq qalır və Gürcüstan bu ölkədən qazı “olduqca sərfəli qiymətə” alır.

Bundan əvvəl Gürcüstanın energetika naziri, keçmiş futbolçu Kaxa Kaladze bildirmişdi ki, ölkənin qaz təchizatı mənbələri diversifikasiya olunacaq və bu məqsədlə Rusiyadan qaz idxalı istisna deyil. Nazir Gürcüstanın 2, 3, hətta 4 mənbədən qaz almalı olduğunu bildirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.