Məmmədyarov: "Atəşkəsin pozulması nəticəsində dinc sakinlər qətlə yetirilir"

15-06-2014, 14:07   
Məmmədyarov: "Atəşkəsin pozulması nəticəsində dinc sakinlər qətlə yetirilir"
"Azərbaycan terrorizmdən əziyyət çəkən dövlətdir". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirin Yaxın Şərq xəbərlər agentliyinə müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan erməni terror təşkilatları tərəfindən terrora məruz qalıb və eləcə də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlər qətlə yetirilir.

E.Məmmədyarov Azərbaycanın terrorizmə qarşı beynəlxalq səyləri dəstəklədiyini və bu sahədə Misir ilə əməkdaşlığın faydalı ola biləcəyini deyib.

Nazir Elmar Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləyən mövqeyinin təqdir edildiyini diqqətə çatdırıb.

Nazir İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrinin və Qoşulmama Hərəkatının münaqişənin həll ilə bağlı ifadə etdiyi mövqeyinin yüksək qiymətləndirildiyini deyib.

Müsahibə əsnasında nazir Elmar Məmmədyarov ölkəmizin Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Yaxın Şərq, Afrika və Asiyada humanitar layihələr həyata keçirdiyini və davamlı inkişafa və sabitliyə töhfə verdiyini bildirib.

Nazir Azərbaycanın qonşu ölkələr, Şərqi və Mərkəzi Avropa regionu və Asiyada investisiya layihələri ilə çıxış etdiyini və Azərbaycanın regionun nəqliyyat mərkəzinə çevrildiyi barəsində də ətraflı danışmışdır.

Müsahibədə E.Məmmədyarov Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq əlaqələrinin müştərək iradə və tarixi münasibətlər əsasında daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan ilə Misir arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir E.Məmmədyarov iki ölkə arasında turizm və energetika sahələri daxil olmaqla, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri barəsində ətraflı məlumat verən E.Məmmədyarov ölkəmizin qarşıdan gələn onillik ərzində inkişaf etmiş ölkələr sırasına daxil olmağa səy göstərdiyni söyləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.