Paytaxt məktəblərindən birində psixotrop dərman satan şagird aşkarlandı

9-02-2018, 20:27   


Paytaxt məktəblərindən birində şagird həmyaşıdlarına narkotik və psixotrop preparatlar satıb.

BiG.AZ xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a Xətai rayon Polis İdarəsindən məlumat daxil olub.

İnsident barədə polisə 138 saylı orta məktəbin direktor müavini Pikə Əhmədova məlumat verib.

O bildirib ki, 2012-ci il təvəllüdlü, 10-cu sinif şagirdi T.Q. (adı istintaq sirri olduğu üçün açıqlanmır) sinif yoldaşlarına güclü təsirli psixotrop vasitələr satıb. Əhmədovanı isə bu barədə elə T.Q. sinif yoldaşları məlumatlandırıb.

Hal-hazırda Xətai rayon 34-cü Polis Bölməsinin İstintaq Şöbəsində fakt üzrə araşdırma aparılır.

Yetkinlik yaşına çatmamış şəxsin hələ saxlanılmadığı bildirilir. Polis onun psixotrop vasitələri hansı yolla əldə etdiyini, onları hansı miqdarda, kimlərə satdığını müəyyən etməyə çalışır.

Məlumata görə, həmin vasitələr apteklərdə yalnız həkim resepti ilə satılır. İstintaq davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.