İraqda saxlanılan 113 türk ölkəsinə geri qayıtdı

15-06-2014, 14:08   
İraqda saxlanılan 113 türk ölkəsinə geri qayıtdı
Türklərin silahlılar tərəfindən girov saxlanıldığı bildirilirdi
İraqda cərəyan edən silahlı qarşıdurmalar fonunda 113 türk vətəndaşının ölkəyə geri qayıdışı təmin olunub.

ANS PRESS-in məlumatına görə, bir qədər əvvəl türklərin silahlılar tərəfindən girov saxlanıldığı bildirilirdi. Bəzi vətəndaşlar viza vaxtı bitməsi baxmayaraq İraqda çalışmağa davam edib. Lakin İrqa rəhbərliyi fövqəladə vəziyyəti nəzərə alaraq türklərin ölkədən çıxmasına icazə verib.

İraqdakı vəziyyətlə əlaqədar beynəlxalq səviyyədə də görüşlər keçirilir.

Ötən gün Birləşmiş Millətlər Təşkilatının İraqdakı xüsusi təmsilçisi Nikolay Mladenov Ərdəbildə olub. Avropa rəsmisi İraq xalqını zorakılıqlara qarşı birliyə dəvət edib.

"Hər kəsin birləşməyi vacibdir. Çünki son bir neçə gündə baş qaldıran zorakılıqlardan heç kim sığortalanmayıb. İraqın qarşı-qarşıya qaldığı zorakılıqlar təkcə bu ölkə üçün deyil, bütövlükdə region üçün böyük təhlükədir. İraqın qonşuları məsələnin həllinə kömək etməlidir"-deyə o, bildirib.

Avropalı nümayəndə heyəti bölgədə humanitar vəziyyətlə də tanış olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.