Bakıda 11-ci sinif şagirdi məktəbli yoldaşını zorladı — TƏFƏRRÜAT

10-02-2018, 12:41   

Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində zorlama faktı qeydə alınıb.
A24.az xəbər verir ki, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olmuş və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Baş vermis hadisə ilə bağlı aidiyyatlı orqanlara şikayət daxil olmuş və Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə müzakirə edilən məsələ cəmiyyətin qəzəbinə səbəb olub. Etika xatirinə video çarxı yayımlamırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.