Nəqliyyat Nazirliyi (NN) “Bakıelektrikşəbəkə”ni cərimələyib

15-06-2014, 14:10   
Nəqliyyat Nazirliyi (NN) “Bakıelektrikşəbəkə”ni cərimələyib
Nəqliyyat Nazirliyi (NN) “Bakıelektrikşəbəkə” ASC-yə inzibati qaydada tənbeh tətbiq edib.

Nazirlik ASC-nin əməkdaşlarını elektrik xətlərini çəkərkən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırıb.

Nəticədə NN ASC-ni 4 min manat cərimələyib.

İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsində hüquqi şəxslər üçün maksimum cərimə məhz 4 min manatdır. Yəni, NN “Bakıelektrikşəbəkə”ni maksumum məbləğdə cərimələyib.

“Bakıelektrikşəbəkə” ASC-nin hüquqşünasları cərimənin ləğv edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Qərardan apellyasiya şikayəti verilib
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.