ABŞ hərbçilərinə əmr verdi

15-06-2014, 14:11   
ABŞ hərbçilərinə əmr verdi
Ölkənin hərbi gəmiləri Fars körfəzinə istiqamətləndirildi
Amerika Birləşmiş Ştatları Fars körfəsinə hərbi gəmilər göndərib. ANS PRESS-in məlumatına görə, İŞİD terror təşkilatının yaydığı hədə dolu mesajlardan sonra ABŞ, orta şərq regionunda olan hərbi donanmasına aid gəmiləri Fars körfəzinə istiqamətləndirib.

Bu barədə rəsmi Pentaqonun mətbuat katibi Con Kirbi açıqlama verib. O, bildirib ki, ABŞ hərbi gəmilərinə Fars körfəzinə getmə əmrini ölkənin müdafiə naziri Çak Hegel verib. Onun sözlərinə görə ABŞ-ın bu addımı müdafiə xarekteri daşıyır.

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.