Orta məktəblərdə pullu test keçirən “TTM” şirkəti kimindir?

13-02-2018, 09:31   

“Məktəblərdə test keçirmək adı ilə pul yığılır”. Bunu “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri, ictimai xadim Jalə Cəfərova facebook səhifəsində məlumat verib. J.Cəfərova valideynlərdən pul yığılmasında Təhsil Nazirliyini suçlayır: “Hamımız bilirik ki, Təhsil Nazirliyinin icazəsi olmadan məktəbə daxil olub, bir müəllimə, bir şagirdə yaxınlaşıb sual ünvanlaya bilməzsən. O ki qala hansısa təşkilat gəlib, icazəsiz tədbir keçirə. Müəyyən səbəblərdən məktəblərin ünvanını deyə bilməsəm də altı məktəbdə “TTM” deyilən bir özəl şirkətin özbaşnalığından hiddətə gəlməmək mümkün deyil. Rusdili bölmənin 4-cü siniflərində test keçirilir”.

“Deyəcəksiniz nə olsun? O olsun ki, məktəb direktorları da təkidlə valideynlərdən tələb edirlər. Bəli, tələb edirlər ki, uşaqlarınızı test imtahanına gətirməyə də bilərsiniz, ancaq qeydiyyatdan keçirib beş manatı ödəməlisiniz, yoxsa, uşaq dərsə buraxılmayacaq”, – deyə J. Cəfərova bildirir. Təhsil Nazirliyindən isə bu iddialara cavab verilməyib. Cumhuriyyet.az TTM-in kecirdiyi imtahanla bağlı bildirişi təqdim edir:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.