İsrail silahlı qüvvələri keçirdiyi əməliyyat çərçivəsində 80 fələstinlini saxlayıb.
ANS PRESS-in məlumatına görə, əməliyyat 3 gün əvvəl naməlum şəxslər tərəfindən qaçırılmış üç yəhudi yeniyetmənin axtarışı məqsədilə həyata keçirilir.
Genişmiqyaslı axtarış əməliyyatı Hevron şəhəri ətrafında və İordan çayının Qərb sahilində aparılır.
İtkin düşən yeniyetmələrdən biri güc strukturlarına zəng edərək, qaçırıldıqlarını xəbər verə bilib. İsrail silahlı qüvvələri isə onların fələstinli silahlı qruplaşma üzvləri tərəfindən qaçırıldığını ehtimal edir. İsrailin Baş naziri Benyamin Netanyahu isə yəhudi yeniyetmələrin qaçırılmasına görə Fələstin muxtariyyətinin məsuliyyət daşıdığını bəyan edib.