Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçirilir. Qitə birinciliyi “Koroğlu” metrosu yaxınlığında yeni tikilən Gimnastika Olimpiya Kompleksində baş tutub.
Axar.az xəbər verir ki, yarışa gələn gimnastlar üçün metronun “Koroğlu” stansiyasında ayrıca zolaq yaradılıb. Stansiyanın keçidlərində dəmir hasarlar çəkilib, bu hasarlar idmançılarla şəhər sakinləri arasında məsafə saxlayıb. Əcnəbi qonaqlar hasar çəkilən istiqamətdən gediş-gəliş edirlər. Hər addımbaşı polislər keşik çəkir.
Keçidin içərisində dəmir hasarların çəkilməsi hərəkəti məhdudlaşdırıb. Sərnişinlər çempionatın davam etdiyi günlərdə belə bir çətinliklə üzləşiblər. Metroda sıxlıq yaranıb. Olimpiya Kompleksinə gedən keçid bağlanıb, yalnız gimnastların üzünə açıqdır.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə 3-cü Avropa çempionatı olacaq. Bunadək Bakıda 2007 və 2009-cu illərdə qitə birinciliyi keçirilib.