Azərbaycanlı mafiozun mühafizəçisi ilə bağlı qaranlıq məqamlar

15-06-2014, 14:21   
Azərbaycanlı mafiozun mühafizəçisi ilə bağlı qaranlıq məqamlar
Türkiyədə azərbaycanlı “qanuni oğru”lar arasında baş verən silahlı insidentdə öldürülən polis əməkdaşı Hüseyn İmraqla bağlı müəmmalı xəbərlər davam edir.

Bir neçə gün əvvəl Ədirnədə “Lotu Quli” ləqəbli Nadir Səlifov, Zaur Naxçıvanski və Albert Rıjıy ləqəbli Əli Heydərovun da adlarının qarışdığı insidentdə öldürülən polis əməkdaşının azərbaycanlı “qanuni oğru”lardan birinin mühafizəçisi olduğu bildirilmişdi.

Bu iddia H.İrmaqın dəfn mərasimində iştirak edən polis rəisinin öz əməkdaşı barədə müəmmalı sözləri ilə bir az da qətiləşmişdi. İndi isə Ədirnədə ürəyindən güllə ilə vurularaq öldürülən, Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşı Hüseyn İrmağın mafiya hesablaşmasının qurbanı olduğu barədə xəbərlər yayılıb.

İnterpress.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumatlarda H.İrmağın azərbaycanlı “qanuni oğru” Əli Heydərovun mühazisəçisi olduğu barədə rus mətbuatının informasiyası təkzib edilir.

Həmin məlumatlara əsasən, H.İrmaq rus, azərbaycanlı və gürcü mafiyasının hesablaşmasının qurbanı olub: “Qruplar arasında naməlum səbəbdən silahlı qarşıdurma yaranıb. İnsanların sıx olduğu yerdə baş verən silahlı qarşıdurma Karvansaray avtoparkına qədər davam edib”.

H.İrmağın həmin vaxt ərazidə olmasının səbəbini isə Türkiyə mətbuatı başqa bir hadisəyə nəzarət etmək üçün bölgəyə gəlməsi ilə əlaqələndirib: “Həmin vaxt başqa hadisə ilə bağlı əraziyə gələn polis məmuru mafiya üzvlərinə müdaxilə edib. Müdaxilə əsnasında polis məmuru Hüseyin İrmaq mafiya qruplaşmasının gülləsinə tuş gəib. Ürəyindən vurulan polis ağır yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Əməliyyata alınan polis işçisinin həyatını xilas etmək mümkün olmayıb”.

Baş verən hadisədən sonra 15 nəfərin şübhəli şəxs qismində saxlanıldığı da yayılan məlumat arasındadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.