Hakimiyyətin “aprel açılımı”nın sensasion - Gizlinləri

26-02-2018, 10:10   



Hətta Eldar Namazov hakim partiya sədrinin prezident seçkilərində namizədliyini dəstəkləyirsə, ölkədə ciddi siyasi proseslərin gedəcəyini ehtimal etmək olar.
SİAM.Az-ın verdiyi xəbərə görə, eyni gündə YAP-ın deputatı Siyavuş Novruzovun siyasi məhbusların azad olunacağını söyləməsi ciddi mesaj idi.
Seçkidən sonra hakimiyyətin islahatlara gedəcəyinə böyük gözləntilər var. Bu reformalar kadr və struktur dəyişiklikləri, bəzi sahələrdə şəffaflığın təmini ilə müşahidə oluna bilər.
Cəmiyyətdə gərginliyin azalması, siyasi dustaqların buraxılması ilə siyasi “açılım” labüddür.
Ölkəni qaynar qazana çevirməklə cəmiyyəti daim gərginlik altında saxlamaq heç də həmişə uğurlu idarəçilik sayıla bilməz.
Çünki şar kimi böyüyüb partlaması təhlükəsi aktual qalır. O baxımdan iqtidarın seçkidən sonra ciddi islahatlara gedəcəyi sosial sifarişdir.
S.Novruzovun açıqlaması da göstərir ki, OMON-çular, islamçılar, müxalifətçilər azadlığa buraxılacaq. Bununla ölkədə böyük yüngülləşmə baş verəcək.
Eyni zamanda Qərblə münasibətlərdəki narahatlıqlar aradan qaldırılacaq və bu siyasət il yarım davam edəcək.
Bəzi analitiklərin fikrincə, iqtidarın yumşalma siyasəti yayda ölkəni gözləyən ağır devalvasiya ilə əlaqədardır.
Baxmayaraq ki, iqtisadçılar və dövlət rəsmiləri manatın növbəti dəfə devalvasiyasını gözləmirlər. Amma çaşdırıcı fikirlər də ola bilər ki, cəmiyyət indidən panikaya düşməsin.
Hər halda mayda AXC-nin 100 illiyi ilə əlaqədar “Qızıl amnistiya” böyük bir bayram ab-havası yaradacaq.
Müxalifətçilərin, dindarların azadlığa buraxılması ictimai-siyasi həyatda müəyyən pozitiv çalarlara gətirib çıxaracaq. Digər tərəfdən, xarici təhdidlər göründüyü kimi çox ciddidir.
Bunlara dayanıqlı müqavimət göstərmək üçün daxildə müəyyən islahatlar aparmaq üçün hakimiyyətin vahid mövqedən çıxış etməsinin zərurəti göz önündədir.
Ondan başlamaq lazımdır ki, Yaxın Şərq Rusiya üçün "Pirr qələbəsi"nə dönə bilər. Rusiyadaki vəziyyət Azərbaycana birbaşa təsir göstərə bilər.
SİAM.Az yazır ki, Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolunu işə salmaqla, Britaniya ilə neft müqavilələrini yeniləməklə İngiltərə və Çinin başında durduğu Avrasiya inteqrasiyasının tərəfində olduğunu göstərdi.
ABŞ hazırlanan bəzi hesabatlarda bunun revanşını ölkəmizi terror təhlükəsi olan ölkə və qeyri-azad ölkə elan etməklə çıxmaq istədi. Lakin revanşın bitdiyini demək olmaz.
Payıza qədər çox şey dəyişə bilər. ABŞ-ın özündə də bu il Senat və Nümayəndələr Palatasına seçkilər olacaq.
Senatın 1/3 hissəsi və Nümayəndələr Palatasının bütün tərkibi yenidən seçiləcək. Azərbaycana lobbiçilik edən konqresmenlərin kürsülərini qoruyacaqları məlum deyil.
Hazırda öz daxili və beynəlxalq vəziyyətləri olduqca mürəkkəb olan adını sadaladığımız ölkələrin Azərbaycanda seçkilərə müşahidəçilər göndərərək seçkilərin legitimliyini tanıdığı nəzərə alınarsa və bütün regionda 2018-ci ilin sonlarına doğru vəziyyətin daha da pisləşəcəyi göz önünə alınaraq erkən seçkiyə gedildi. Əslində, onun da marağında olmalıdır ki, ölkədə sivil münasibətlər formalaşsın.
Hər halda, ölkə təkcə YAP-dan ibarət deyil, burada digər partiyalar da var və onların da ölkə həyatında rolunu qaldırmaq lazımdır ki, həm daxili, həm də xarici siyasətdə müəyyən məsələlərdə köməklik gös-tərə bilsinlər.
Elə edilməlidir ki, partiyalar təşəbbüskar qurumlara çevrilsinlər, kadr bazası formalaşdıra bilsinlər. Bunlar olmadıqda, YAP-ın özü də beynəlxalq arenada əziyyət çəkir.
Elə məsələlər var ki, YAP-ın ona münasibət bildirməsi yerində olmur, çünki hökumətin mövqeyi kimi qiymətləndirilir.
Amma digər bir müxalifət partiyasının ölkənin problemləri ilə bağlı ortaya kəskin mövqe qoyması, ən azından problemin diqqətə çatdırılması baxımından faydalı olur.
Yəni, bu da kağız üzərində qalacaq proses kimi nəzərdə tutulursa, heç bir nəticə əldə edə bilməyəcəyik, onsuz da indiyə qədər belə olub.
Ona görə də niyyətdən, bəyanatdan daha çox dialoqa hazır olmaq, bunu reallaşdırmaq üçün hər tərəfdən addımla-rın atılmasını gözləmək lazımdır.

Siam.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.