Qurtuluş Günü bölgələrdə qeyd olunur

15-06-2014, 14:24   
Qurtuluş Günü bölgələrdə qeyd olunur
13:35

Bu gün bizə miras qalan müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin şah əsəridir. Daim inkişafda olan, yenilənən, çiçəklənən Azərbaycan məhz ümummilli liderin ideyaları, tövsiyələri sayəsində yüksəliş yolunda inamla irəliləyir. Rifah, sabitlik, iqtisadi stabillik nəticəsində xalqın rihahı yüksəlmişdir. Azərbaycan eləcə də, dünyada öndə gedən ölkələr sırasında yer almış və beynəlxalq siyasətdə söz sahibinə çevrilmişdir. Bu gün kimliyindən asılı olmayaraq hər birimiz bütün bu nailiyyətlərə görə məhz ulu öndər Heydər Əliyevə borcluyuq.

Qədirbilən xalqımız daim ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur və əlamətdar günlərdə öz rəhbərinə sadiqlik nümayiş etdirir. Hər il olduğu kimi, bu il də Şəkidə ulu öndərin xatirəsi anılıb. 15 iyun - Qurtuluş Günü münasibəti ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla, rayon rəsmiləri, hüquq-mühafizə orqanları və digər idarə və təşkilat nümayəndələri, şəhər ictimaiyyəti ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, ehtiramlarını bildiriblər.

---------
10:39

15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə rayonlarda silsilə tədbirlər keçirilir.

Tədbirlərdə ulu öndərin həyat və fəaliyyətinə bir daha nəzər salınır, biblioqrafik məlumatlarla tanış olurlar. Milli Qurtuluş günü Qəbələ rayonunda böyük təntənə ilə qeyd edilib. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Mədəniyyət mərkəzində davam edən tədbirdə ümummilli liderin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışı ilə müstəqil dövlət qurtuluşunun əsasının qoyulduğu bildirilib. Qeyd olunub ki, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılmasına Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin şanlı tarixini yaradan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində nail olunub. Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Heydər Əliyevin yaratdığı siyasi xəttin bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Tədbirin sonunda iştirakçılar ulu öndərin həyat və fəaliyyətinə həsr olunan filmə tamaşa ediblər.

Qaxda da rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri mərkəzi meydanda Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə dair biblioqrafir məlumatlarla tanış olublar. Bildirilib ki,Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını Azərbaycanın ən yeni tarixində uğurlu mərhələnin başlanğıcı hesab etmək olar. Belə ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Məhz ulu öndərin apardığı uzaqgörən siyasət nəticəsində vətəndaş müharibəsinin qarşısı alınıb, ölkədə baş alıb gedən xaos aradan qaldırılmaqla yanaşı, sosial-iqtisadi layihələrin icrasına başlanılıb. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sınaqlardan alnıaçıq, üzü ağ çıxıb. Ölkəmizin hər yerində olduğu kimi Qax rayonunda da uğurlu islahatlara təkan verilib. bu gün də bu siyasətin uğurla davam etdirildiyi vurğulanıb. Tədbirlər Nizami adına parkda bayram konserti ilə davam edib.

Milli Qurtuluş Günü münasibətilə Zaqatala rayonunda da ulu öndərin abidəsi ziyarət edilib. Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə konfransda “Vətən, Qurtuluş Günün mübarək" başlığı altında geniş məruzə ilə rayon rəhbərliyinin çıxışı olub. Azərbaycan Respublikasının bu gün demokratik, azad bir ölkə kimi öz sözünü deyə bilməsindəki ulu öndərin müstəsna rolundan və onun siyasi uzaqgörənliyindən danışılıb. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi stabilliyin, iqtisadi dönüşün, insanların sosial rifah halının yüksəlməsi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi diqqətə çatdırıb. Bu siyasi kursun layiqli davamçısı olan cənab İlham Əliyevin Azərbaycanın bütün bölgələrinə, o cümlədən Zaqatala rayonuna göstərilən qayğıya diqqət çəkilib. Konfransda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş edilib. Sonda keçirilən şeir müsabiqəsində qalib gələn məktəblilər fəxri fərman və hədiyyələrlə təltif ediliblər. Məktəbi əla qiymətlərlə bitirən şəhər 1 saylı orta məktəbin şagirdinə isə qızıl medal təqdim edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.