Gürcüstanda seçki qutusunu oğurladılar

15-06-2014, 14:25   
Gürcüstanda seçki qutusunu oğurladılar
Ümumilikdə Gürcüstanda bələdiyyə seçkiləri sakit şəraitdə keçir. Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Eka Azaraşvili deyib.

Onun sözlərinə görə, hazırda seçicilərin aktivliyi orta səviyyədədir.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili öz seçki məntəqəsində artıq səs verib. Prezident seçiciləri səsvermə prosesində aktiv olmağa çağırıb: "Hamını bu gün - Gürcüstan demokratiyasının konsolidasiyası günü - münasibəti ilə təbrik edirəm. Ölkənin bütün seçicilərini aktiv olmağa çağırıram və siyasi partiyalara xatırladıram ki, ilk növbədə onların qələbəsi deyil, demokratiyanın qələbəsi vacibdir".

Seçkilərdə ilk qanun pozuntusu Batumidə 66-cı seçki məntəqəsində qeydə alınıb. Müşahidəçilərin sözlərinə görə, seçki məntəqəsi qanunla müəyyən edilmiş vaxtdan (saat 07:00-dək) 15 dəqiqə tez açılıb.

Mətbuat konfransında Doşaşke kəndindəki (Sameqrelo-Zemo Svanetiya regionu) seçki məntəqəsində baş vermiş insidentlə bağlı bəyanat da verilib.

MSK-nın mətbuat katibi qeyd edib ki, bazar gününə keçən gecə Martvili rayonunun Doşaşke kəndində 16 saylı seçki məntəqəsində maskalı naməlum şəxslər səsvermə üçün daşına bilən seçki qutularını oğurlayıblar: "Doşaşke kəndində səsvermə prosesi təkrar keçiriləcək. Fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırılıb".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.