YAP-ın təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

15-06-2014, 14:25   
YAP-ın təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şamaxıda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Iştirakçılar ilk öncə ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüblər. Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları iştirak ediblər. 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatında əhəmiyyətindən bəhs edilib. Tədbirdə Milli Qurtuluş Günündən sonra ümummilli lider Heydər Əliyevin hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutmasından, buna qədər Naxçıvanda Ali Məclisin sədri olarkən həyata keçirdiyi islahatlardan da danışılıb.

Çıxış edən digər tədbir iştirakçıları da 21 il bundan əvvəl bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərərək ulu öndərin Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gəlməsi barədə danışıblar. Çıxışlarda bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələri faktlarla diqqətə çatdırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.