Həkimlərin verdiyi məlumata görə, Burkill 3 il əvvəl 5 yaşında olarkən həkimlər ona xərçəng diaqnozu qoyublar. “Pineopkatom” adı verilən nadir hallarda rast gəlinən xərçəng növündən əziyyət çəkən uşağın bir neçə həftə ərzində öləcəyi deyilib. Lakin azyaşlı uşaq üçün hələ təcrübə müddətində olan italyan həkimlərə məxsus müalicə başladılıb. 44 seans davam edən radio terapiya müalicəsindən sonra Burkill xərçənglə mübarizəni başa vurub.
C.Burkillin anası jurnalistlərə müsahibəsində bunları deyib: “2011-ci ildə tətildən qayıtdıqdan sonra qızım xəstələndi. Başı ağrımağa başladı. Xəstəxanaya apardığımız zaman həkimlər beynində şiş olduğunu və xilas olmaq şansının qalmadığını dedilər. Biz qızımızın öləcəyini düşünürdük. Cənazə üçün hazırlıqlara belə başladıq. Sonra kiçik də olsa, bir ümid yeri yarandı. 694 gün qızımla birlikdə xərçəngə qarşı mübarizə apardıq. Sonunda qızım qalib gəldi və yaşamağı bacardı”.