Yeni müharibə TAKTİKASI –Bunun üçün milyardlar XƏRCLƏNİR

4-03-2018, 16:35   
Yeni müharibə TAKTİKASI –Bunun üçün milyardlar XƏRCLƏNİR

Yeni müharibə TAKTİKASI –Bunun üçün milyardlar XƏRCLƏNİR Süni intelekt bazarı 2027-ci ildə 61 milyard dollara çatacaq.



“Marketforecast” analitik nəşri özünün yeni araşdırmasında belə nəticəyə gəlib ki, 2027-ci ildə süni intelekt bazarı 2 dəfə artacaq.



Modern.az saytının xarici KİV-lərə istinadən məlumatına görə, hal-hazırda bazarın 2018-ci il üçün dəyərləndirilməsi 31.2 milyard dollardır. 9 il ərzində dünya dövlətlərinin müdafiə sənayesi üçün bu texnologiyanın inkişafına 487 milyard dollar xərcləyəcəyi gözlənilir.



Bu bazarın inkişafı ABŞ, Çin, Rusiya və İsrailin investisiyalarına əsaslanacaq. Eyni zamanda bu sahənin inkişafına kütləvi alıcılıq tendensiyaları göstərən Hindistan, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Yaponiya da öz töhvəsini verəcəklər.



Bazarın böyük bir hissəsi hərbi robotların üzərinə düşəcək. Bundan sonra ikinci yerdə kompüter baxışı və daha sonra ardıcıl olaraq təbii dilin emalı, nitqin tanınması və sosial şəbəkələrin analizi gəlir.



Bu sahədə hələ ki ABŞ öz rəqiblərini üstələyir. Lakin ambisiyaları yüksək olan Çinin artıq ABŞ-a çatdığını qeyd edirlər. 2017-ci ildə çinlilər öz rəqiblərini çox geridə qoyaraq süni intelekt sahəsində 641 patent, ABŞ isə 130 patentə sahibdir. əvvəl isə vəziyyət başqa cür idi. Belə ki, 2012-ci ildə süni intelektin inkişafı üçün məqalələrin 41 %-i ABŞ-ın, cəmi 10 %-i isə Çinin payına düşürdü. 2017-ci ildə isə vəziyyət bir az dəyişərək amerikalıların payın 34% düşdüyü halda, çinlilər artıq 23% paya sahibdirlər.



Çinin bu sahədə sürətli inkişaflarından biri informasiyanın çoxluğudur. Belə ki, çinlilər onlayn alqı-satqı və velosipedlərin birgə istifadəsi sahəsində ən çox paya sahibdirlər.



Çinin bu sahədə çox böyük planları var. Onlar böyük miqyasda üz tanıma sistemlərindən istifadə edir, hətta 2020-ci ilə bütöv bir əyalətin avtomatlaşdırılmasını nəzərdə tutan və bununla da “ağıllı şəhər”lərin yaradılması layihələrini reallaşdırır.



Müəssisələrin süni intelektlə təhciz edilməsi sahəsin dünya investisiyalarının 48%-i Çinin, 38%-i isə ABŞ-ın payına düşür.



Əvvəllər “Microsoft” və “Google”da yüksək vəzifələr tutmuş “Sinovation Ventures” şirkətinin başçısı Kay-Fu Li əlində tonla informasiyası olan yaxşı elm adamının hər zaman çox az bir informasiya ilə işləyən alimi üstələyəcəyini söyləyir.



Bu sahadəki rəqabət nüvə sahəsindəki rəqabətə oxşamır. Belə ki, süni intellekt sahəsində nə qədər rəqabət görsənsə də onların birgə çalışdığını da demək olar. Beləliklə, bu sahədə işləyən nəhəng Çin şirkətlərinin ABŞ-da, ABŞ şirkətlərinin isə Çində öz mərkəzləri var.

Bu sahədə Çinin geridə qalmasının səbəblərindən biri də mütəxəssislərin azlığıdır. Belə ki, Çində süni intelekt sahəsindəki mütəxəssislərin cəmi 40%-nin 10 il iş təcrübəsi var.



ABŞ-da çalışan mütəxəssislərin isə 70%-nin iş təcrübəsi ən azı 10 ildir.



Buna görə də Çin daha çox VİSA rejimini sadələşdirərək yaxşı maaş, araşdırmalarda sərbəstlik və digər üsullarla mütəxəssisləri cəlb etməyə çalışır.



Hələ ki süni intellektin istifadə istiqaməti daha çox kommersiya məqsədi güdsə də, hərbi istiqamətdə də bu sahədə çalışmalar aparılır. Süni intellektin hərbidə istifadəsində ən çox maraq göstərilən məsələ dronların idarə edilməsidir. Belə ki, 50, 100 və daha çox sayda dronun birgə istifadəsi hədəflərin məhvi, tank və uçan obyektləri zərərsizlədirə bilər.



ABŞ kimi Çinin də süni intellekt sahəsində inkişafı digər qonşu dövlətlərin nəzərindən qaçmır. Belə ki, Hindistan və Yaponiya bu səhədə səylərini birləşdirərək yerüstü pilotsuz hərbi robotların istehsalatını həyata keçirmək istəyirlər. Bu onların Çinin layihələrinə cavab tədbiridir.



Analitik nəşrlərin məlumatına görə tək 2017-də hərbi robot texnologiyasının büdcəsi 16,7 milyard dollardır. Araşdırmalara əsasən Avropa və Sakit okean ərazisinə daxil ölkələr 4 ildən sonra bu sahədə lider olacaqlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.