LOTU QULI ÖLDÜRÜLDÜ? - AÇIQLAMA

5-03-2018, 08:48   




Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qətlinin görüntüsüdür.

Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində Lotu Quli qətlə yetirilib.

Press-az.com xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün Virtualaz.org Nadir Səlifovla əlaqə saxlayıb. Lotu Quli məlumatı şəxsən təkzib edib.

Məlum olub ki, kriminal avtoritetə qarşı heç bir sui-qəsd olmayıb, hazırda İstanbulda normal həyatını davam etdirir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.