Yaqub Eyyubovu energetika naziri əvəzlədi: 12 il sonra ilk dəfə
5-03-2018, 22:35
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir: Komissiyanın sədri Azərbaycan Respublikasının energetika naziri Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru. Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Ukrayna tərəfinə bildiriş göndərmək tapşırılıb. Qeyd edək ki, Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının bugünə qədər sədri prezident İlham Əliyevin 26 avqust 2006-cı il tarixli sərəncamı ilə baş nazirin birinci müavini Yaqub Eyyubov olub.azpolitika.info