Almaniya kansleri Angela Merkel ötən gün Ukraynada vurulan qırıcı təyyarə ilə bağlı Rusiya prezidenti ilə danışıb.
Alman kansler Merkel və Fransa prezidenti Ollandın Rusiya prezidenti Putinlə aralarında telefon danışığı olub.
Alman hökuməti sözçüsü Corc Streyter verdiyi açıqlamada bildirib ki, Merkel Putinlə danışarkən Ukraynada vurulan hərbi təyyarədə ölənlərin olmasına görə dəhşət içində olduğunu dilə gətirib.
İki lider telefon danışığı zamanı həmçinin, Putindən atəşkəsin davam edilməsi, eləcə də Rusiyadan Ukraynaya girən silah və döyüşçülərə mane olmaq üçün Rusiyanın Ukrayna sərhəddini ciddi mənada nəzarətə götürməsi istənilib.
Olland və Merkel Rusiya prezidentinin Ukraynanın yeni prezidentini tanımaq addımını da mənuniyyətlə qarşılayıblar.