“Halal Nemət, 1000 bərəkət” sosisinin içindən siçan nəcisi çıxdı – FOTOLAR

7-03-2018, 16:26   


   
Azərbaycanda murdar və leş ətlərdən istifadə olunaraq kolbasa, sosis məmulatlarının hazırlanması haqqında dəfələrlə yazılıb.

anaxeber.info  "Cebhe.info"-ya istinadən bildirir ki, bu dəfə şikayət ölkəmizdə müxtəlif çeşidli kolbasa və sosis istehsalı ilə tanınan "Səhliyalı” şirkətinin "Halal nemət, 1000 bərəkət” markalı məhsulundandır.

Kəmalə Qasımova ad-soyadlı istehlakçı "Halal nemət, 1000 bərəkət”in "Manqalüstü” sosisinin içindən siçan nəcisi tapıb.

"20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən "Araz” marketdən sosisi aldım, evə gəlib, yemək hazırlayanda, xoşagəlməz mənzərə ilə üzləşdim”, – deyə şikayətçi bildirib.

K.Qasımova sosisin şəkillərini çəkərək, redaksiyamıza təqdim edib.

Fotolara baxan zaman efirdə gecə-gündüz reklamı gedən bu məhsulun keyfiyyəti və mənşəyi ilə bağlı ciddi şübhə yaranır.

İnternetdə bu müəssisə ilə bağlı kiçik bir araşdırma aparan zaman "Səhliyalı” şirkətinin leş ətlərdən geninə-boluna istifadə etdiyi iddiası ilə rastalşdıq. Hətta, şirkətin qoca, südsüz heyvanların ətindən istifadə etdiyi bildirilir. Həmçinin, bir müddət əvvəl "Halal nemət, 1000 bərəkət” markalı məhsulun içindən qurd çıxması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olduğu da mətbuatda yer alan yazılarda qeyd edilir.

Bu iddianın nə dərəcədə doğru, yaxud yalan olduğu barədə bir fikir deyə bilmərik.

Şirkət rəsmilərinin mövqeyini dinləyib, aydın şəkildə yazmağa hazırıq.
 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.