Britaniyanın müdafiə naziri: “Rusiya ağzını yummalıdır…”

15-03-2018, 22:51   


Guardian qəzeti yazır ki, Britaniyanın müdafiə naziri Gavin Williamson parlamentdə etdiyi ilk çıxışda Rusiya barədə sərt danışıb.

O baş nazir Theresa May-in 23 Rusiya diplomatının ölkədən qovulması barədə qərarına Moskvanın mümkün reaksiyası barədə suala cavab verərkən deyib ki, Kremlin istənilən reaksiyası Londonun daha sərt addımlarına səbəb olacaq.


Nazir deyib ki, Rusiyanın Britaniya torpağında yol verdiyi hərəkət hiddət doğurur.

Gavin Williamson əlavə edib ki, hazırkı vəziyyətdə Rusiya “bir kənara çəkilib ağızını yummalıdır”.

Müdafiə naziri bildirib ki, Rusiya dünya boyunca müxtəlif ölkələrə qarşı təxribatçı hərəkətləri ilə “beynəlxalq oyun qaydaları kitabını” cırıb.

Williamson-un sözlərinə görə Rusiya, iqtisadiyyatının təzyiq altında olmasına baxmayaraq, hələ də özünün hərbi xərclərini prioritet sayır, yeni tipli raketlərə, T90 tanklarına, təkmil sualtı qayıqlara milyonlarla dollar xərcləyir.

Britaniyanın müdafiə naziri bunu da deyib ki, Suriyada rəsmi itkilərinin sayını azaltmaq üçün özəl şirkətin muzdlularından istifadə edən Rusiya bu ölkədə yaranmış humanitar böhranın əsas səbəbkarıdır.

Williamson habelə İngiltərənin Porton Daun şəhərindəki yeni Kimyəvi Müdafiə Mərkəzinin açılacağı barədə məlumat verib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.