Seçki protokollarının 50 faizinin hesablanmasına əsasən Rusiyanın hazırkı dövlət başçısı Vladimi Putin bu gün keçirilən prezident seçkilərində 75,1 faiz səs toplayıb.
Bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Mərkəsi Seçki Komissiyasının məlumatına görə, Kommunist Partiyasının namizədi Pavel Qrudin seçici səslərinin sayına görə ikinci yerdədir. O, 13,39% faiz səs toplayıb.
Liberal Demokrat Partiyasından Vladimir Jirinovski hazırkı nəticələrə görə (6,34% faiz seçici səsi) siyahıda üçüncü yerdə qərarlaşıb. “Vətəndaş təşəbbüsü” Partiyasından telejurnalist Kseniya Sobçak 1,42% faiz səslə namizədlər siyahısında dördüncü olub. Onu 0,82% faiz səslə “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski təqib edib. Maksim Suraykin (“Rusiya kommunistləri”) və Boris Titov hərəyə 0,65% səs toplayıb. Sergey Baburin isə 0,63% səsləsonuncu yerdədir.