Füzuli Ələkbərovun biznesi əlindən alınıb? - «İmproteks» artıq onun deyil

15-06-2014, 14:43   
Füzuli Ələkbərovun biznesi əlindən alınıb? - «İmproteks» artıq onun deyil
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun Bakıdakı obyektləri əlindən alınır. Bu barədə azadlıq.info-ya daxil olan məlumatda bildirilir ki, artıq Füzuli Ələkbərovun Bakıdakı ən iri obyekti olan “Improteks” şirkəti ona məxsus deyil.
Bu şirkətə məxsus obyektlərdən bəziləri “Ideal” mağazalar şəbəkəsinin istifadəsinə verilib. Lakin bəzi məlumatlara görə, keçmiş nazir həmin obyekti satıb. Bir neçə gün əvvəl isə məlumat yayılmışdı ki, Füzuli Ələkbərov Ismayıllı rayonunun Ivanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarıb.
Məlumatda deyilirdi ki, keçmiş nazir vəzifədən getdikdən sonra Ivanovkadakı evinə bir dəfə də olsa gəlməyib. Evdə gözətçilik edən şəxslərə villanın satılacağı barədə xəbərdarlıq edilib. Villanın hansı qiymətə satışa çıxarıldığı məlum olmasa da bu rəqəmin kifayət qədər yüksək olduğu bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.