Gülər Əhmədovaya hansı şəriki atıb?«Razborka»

15-06-2014, 14:44   
Gülər Əhmədovaya hansı şəriki atıb?
Bir müddət əvvəl həbsdən azad edilən sabiq millət vəkili Gülər Əhmədovanın nümayiş etdirdiyi susqunluq cəmiyyət tərəfindən müəmmalı şəkildə qarşılanır. Azinform.az-a verilən məlumata görə, sabiq deputat keçmişdə onun yaxın ətrafında olan şəxslərlə də əlaqə saxlamır. Ancaq Gülər Əhmədovanın sakitliyinin yalnız cəmiyyət üçün vizual görüntü xarakteri daşıdığı bildirilir. Pərdə arxasında xanımın fəal mübarizəyə girişdiyi deyilir.

Mənbəmizin sözlərinə görə, Gülər Əhmədova ilə bəzi biznes şərikliyi olan bir şəxsin sabiq deputata həbsdə olduğu dövrdə böyük fırıldaq gəldiyi bildirilir. Bizə verilən məlumatlardan bəlli olur ki, ictimai fəaliyyətlə məşğul olan həmin adam Gülər xanımın uzun müddət həbsdə qalacağını zənn etdiyi səbəbindən şəriklik şərtlərini pozmuş olub və xanımın payını da ələ keçirib. Hətta həbsdə olduğu dövrdə şəriyin məhbus həyatı yaşayan xanıma baş çəkmədiyi də dəqiqdir. Azadlığa çıxan deputatın bu istiqamətdə ciddi «razborkalar»a girişdiyi deyilir. Əmanətə xəyanət edən şəxsin Gülər Əhmədovadan qaçdığı və heç bir vəclə onunla üz-üzə gəlmək istəmədiyi vurğulanır. Yalnız bir faktı deyə bilərik ki, fırldağın izləri Türkiyə və Çexiyaya qədər uzanır. Azinform.az-a məsələnin bütün detalları bəllidir, sadəcə əlimizdə Çexiyada fəaliyyət göstərən Azərbaycan adlı firma ilə bağlı rəsmi sənəd olmadığı səbəbindən apardığımız araşdırmanın detallarını təqdim edə bilmirik…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.