Prezidentin ayırdığı 3 milyon hara yoxa çıxıb?

15-06-2014, 14:46   

Niyazi Bayramov müəllimlərin,həkimlərin bir aylıq əmək haqlarını əllərindən aldığı deyilir

Bu ilin may ayının 17-də ölkə prezidenti İlham Əliyevin Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə ayırdığı 3 milyon manat yoxa çıxıb.

Adını açıqlamayan Mingəçevir şəhər İçra Hakimiyyətinin rəsmisi Vətəninfo.az-a bildirib ki, ayrılan 3 milyon manat vəsait əsasən Heydər Əliyev parkının və Bayraq Meydanı və digər istirahət parklarının əsaslı təmirinə və yeniqən qurulmasına xərclənməli idi.

Ancaq ayrılan vəsait təyinatı üzrə xərclənmədiyindən, bu gün adı çəkilən sahələr viranə vəziyyətdədir.

Adını açıqlamayan mənbə onu da vurğulayıb ki, şəhər İH-nin başçısı Niyazi Bayramov prezidnetin sərəncamını icra etmək üçün yeni bir üsula əl atıb.

Məlumata görə, N.Bayramovun göstərişi ilə Mingəçevir şəhərində mövcud olan büdcə təşkilatlarında çalışanların əksəriyyətinin, xcüsusilə də müəllimlərin və həkimlərin 1 aylıq əmək haqları ödənilməyib. Hətta iş o yerə çatıb ki, 70 manat əmək haqqı alan xadinələrin də əmək haqlarının 70 faizi əllərindən alınıb.

Mənbənin iddasına görə, Mingəçevir şəhərində mövcud olan Bayraq Meydanının sadəcə olaraq adı var və bu meydanda mövcud olan bayraq dirəyində heç bir zaman üçrəngli bayrağımız dalğalanmayıb.Yalnız rəsmi tədbirlər olduqda bayraq asılır.

Məlumatı verən adını açıqlamayan mənbənin sözlərinə görə, bütün bu işlərin başında isə birbaşa şəhər İH-nin başçısı Niyazi bayramov dayanır.
Redaksiyadan: Məlumatda iddia edilənlərlə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.(vətəninfo.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.