Bayram günü zeklər arasında qanlı dava düşdü: Yevlaxda DƏHŞƏTLİ HADİSƏ

22-03-2018, 17:03   


Bayram günü zeklər arasında qanlı dava düşdü: Yevlaxda DƏHŞƏTLİ HADİSƏ

Yevlaxda bayram günü qonşular arasındakı yeyib-içmək məclisi faciə ilə nəticələnib.

BiG.AZ Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 20-də rayonun Yuxarı Salamabad kəndində baş verib.

Sərxoş vəziyyətdə olan qonşular arasında mübahisə yaranıb. Əvvəllər məhkum olunmuş Mahir Paşayev qonşusu əvvəllər məhkum olunmuş Xəyal Yusifovu təhqir edib. Qonşusunun ağır söyüşlərinə dözə bilməyən X.Yusifov bıçağa əl atıb.

Fiziki cəhətdən Xəyaldan güclü olan Mahir ondan cəld tərpənib və onun əlindəki bıçağı alaraq Xəyalın bud nahiyəsinə zərbə yetirəndən sonra hadisə yerindən qaçıb.

X. Yusifov Xəstəxanaya aparılarkən yolda qanaxmadan həyatını itirib. M. Paşayev isə Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isti izlərlə saxlanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.