NATO-nun baş katibi Anders Foq Rasmussen bu axşam Türkiyəyə səfər edəcək.
ANS PRESS-in məlumatına görə, Rasmussen Türkiyə səfəri zamanı ölkə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu və müdafiə naziri İsmət Yılmaz ilə görüşəcək. Rasmussenin Türkiyə ziyaətinin iki gün davam edəcəyi bildirilir.
Görüşlərdə İraqda baş verən son qarşıdurmalar və İraq Şam İslam Dövlətinin Türkiyə üçün mövcud təhlükələri barədə müzakirələr aparılacaq.
Xatırladaq ki, iyunun 12-də NATO-da səfirlər səviyyəsində Mosulda türk diplomatlarının qaçırılması ilə əlaqədar təcili toplantı keçirilmişdi.