Yağış yağacaq, şimşək çaxacaq

15-06-2014, 15:57   
Yağış yağacaq, şimşək çaxacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-na olan hava proqnozunu açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur gecə 17-21, gündüz 28-33 isti, Bakıda gecə 19-21, gündüz 30-32 isti olacaq. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 21-22, Türkan, Hövsan, Şıx və Sahildə 22-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 14-19, gündüz 28-33 dərəcə isti olacaqdır.

Yuxarı Qarabağda bəzi yerlərdə şimşək çaxacaqı, qısamüddətli yağış yağacaq. Temperatur gecə 8-13, gündüz 21-26 isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperatur gecə 15-20, gündüz 20-30 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Mərkəzi Aran rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Temperatur gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Temperatur gecə 18-2°, gündüz 24-29 isti, dağlarda gecə 10-15 isti, gündüz 15-20 dərəcə isti olacaq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.