Bakıda iki silahlı qrup arasında atışma olub - Şəhərin mərkəzində adam güllələndi

25-03-2018, 08:44   



 

"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, ötən gün saat 22 radələrində qeydə alınıb.

 

Belə ki, iki qrup arasında "Makarov" tipli tapançayla silahlı qarşıdurma yaranıb. Nəticədə şəxsiyyəti hələ müəyyənləşdirilməyən 35-40 yaşlı kişi bir neçə güllə yarası alıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlayıb. Hadisə yerinə prokurorluq orqanının əməkdaşları cəlb edilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.