İraqın Mosul şəhərinin valisi Əsil Nuceyfi Ərbilə qaçıb.
Bu barədə Axar.az xəbər verir ki, Ə.Nuceyfi Türkiyənin “Radikal” qəzetinə regiondakı son vəziyyəti təhlil edib.
Deyib ki, Mosulun İraq əsgərlərindən təmizlənməsində yerli qəbilələr mühüm rol oynayıb. Çünki bu tayfalar mərkəzi Bağdad hökumətindən və onların əsgərlərinin özbaşınalığından cana doyublar.
Şəhər valisinin sözlərinə görə, Səddam Hüseynin yaxın silahdaşı İzzəd əl Durinin də Mosulun Bağdad qüvvələrindən azad edilməsində barmağı var.
Mosul bələdiyyəsinin maliyyə işlərinə rəhbərlik etmiş məmurun “Radikal”-a söylədikləri isə olduqca müəmmalıdır. Qadın məmur iddia edir ki, İŞİD Mosulda Mərkəzi Bankdan oğurladığı 500 milyon dolları yerli sakinlərə paylayıb. Terrorçular bu hərəkəti ilə Mosulda mövqeyini möhkəmləndirə bilib.