Bakının “London taksiləri" çökür- Şok elan

15-06-2014, 15:59   
Bakının “London taksiləri" çökür
Bakıda keçirilən “Avroviziya” musiqi yarışması ərəfəsində paytaxta gətirilən “London taksisi” xidməti böhran dövrünü yaşayır.

Axar.az-ın “Bakı Taksi” MMC-dəki mötəbər mənbədən əldə etdiyi xəbərə görə, “bənövşəyi” taksilərin sürücüləri kütləvi şəkildə işləməkdən imtina edirlər. Mənbə deyir ki, əmək haqlarının azlığı, gündəlik plan, yanacaq xərcləri sürücüləri müflisləşdirib. Ona görə də “London taksiləri"ndə işləyənlər bir-bir maşınları şirkətə təhvil verirlər.

Mənbə qeyd edir ki, şirkət yaranmış krizisdən çıxmaq üçün şəhərin ictimai nəqliyyatında, müxtəlif yerlərində elan verməyə başlayıb.

Belə ki, əməkdaşımız “Koroğlu” metrosundan Mərdəkan istiqamətinə işləyən avtobusların birində sözügedən elanın şahidi olub. Elanda qeyd olunub ki, “London taksi avtomobillərində işləmək üçün peşəkar sürücü tələb olunur. Tələsin, iş yerlərinin sayı məhduddur”.

Mənbə isə bildirir ki, heç də yer məhdudiyyəti yaşanmır. Sadəcə, taksilər şirkətin qarajında istifadəsiz qalıb, firma ziyanla işləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.