Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Deşitsa Rusiya prezidenti Vladimir Putini açıq-açığına təhqir edib.
Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, A.Deşitsa Kiyevdəki Rusiya səfirliyinin binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları ilə söhbət edərkən telekameralar qarşısında Putin barədə senzuradan kənar təhqiramiz ifadə işlədib. Onun bu sözlərinin videoyazısı YouTube videosaytında yerləşdirilib. Lakin az sonra oradan silinib.
Ukrayna XİN rəhbəri Rusiya prezidentinin ünvanına təhqiramiz ifadələr işlətməsini Putin hakimiyyətinin Kiyevdəki Rusiya səfirliyi ətrafında ekstremal vəziyyət yaratması ilə əsaslandırmağa çaalışıb. Diplomat bunu “Exo Moskvı” radisounun efirində bildirib.