“Ağdam” restoranın qarşısında “Kalaşnikov” işə düşdü, ölən və yaralanan var 90-CI İLLƏR QAYIDIR

30-03-2018, 11:42   
 

Bu gün martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində naməlum şəxs “Ağdam” restoranından çıxan bir qrup “qafqazlıya” avtomatdan yaylım atəşi açıb.
Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, axşam saat 23.00 radələrində bir qrup “qafqazlı” restorandan çıxarkən onlara avtomobil yaxınlaşıb. Avtomobildəki şəxslərdən biri onlara tərəf avtomatdan atəş açıb və hadisə yerindən uzaqlaşıb. Nəticədə bir Azərbaycan vətəndaşı ölüb, Gürcüstan vətəndaşı olan daha bir nəfər (milliyyəti hələ açıqlanmır) yaralanıb.

Xarkov polisi şəhərdə cinayətkarların axtarışına başlayıb, yollarda postlar qurulub. Güllələnənlərin kimliyi və nə işlə məşğul olduqları haqda məlumat verilmir. Lakin ehtimal olunur ki, hadisə iki mütəşəkkil cinayətkar qruplaşma arasında baş vermiş silahlı “razborka”dır.

Bundan əvvəl Odessada Azərbaycandan olan bir qrup qanqster çoxsaylı silah-sursatla yaxalanmışdı. Onların daha əvvəl silahlı hücum həyata keçirdikləri bildirilir. Təfərrüatlar barədə məlumat verilmir. Son vaxtlar azərbaycanlı mafioz qruplaşmalar Ukraynada nüfuz bölgüsü uğrunda mübarizəyə başlayıblar və göründüyü kimi bu mübarizədə silahlar işə düşür.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.