Bakı-Horadiz yolunun İmişli rayonu ərazisindən keçən hissəsində yol polisi ilə sürücü arasında insident yaranıb. Criminal.az saytı xəbər verir ki, İmişli rayon sakini Təmkin Şahpələngov iddia edir ki, qayda pozmadığı halda polis onu saxlayıb. Bütün sənədləri olsa da, avtomobilin sənədi üzərində olmayıb.
YPX əməkdaşı ilə sürücü arasında mübahisə yaranıb və polis Şahpələngovun gözünə yumruqla zərbə endirib. Nəticədə vətəndaşın sağ gözünə qan sızıb və görməsində problem yaranıb.
Hadisə yeridnən görüntüləri təqdim edirik:[media=//www.youtube.com/watch?v=EL4kimTfMKs]